Meymun çiçəyi

Meymun çiçəyi -kəskin virus xəstəliyi olub, təbii-ocaqlı infeksiyalara daxildir. Əsas əlaməti dəri və selikli qişalarda səpkilər, genearlizəolunmuş (yayılmış) limfadenopatiya, qızdırma, artralgiya, mialgiya, nəzərəçarpan halsızlıqdır. Bəzən quru öskürək, boğazda qaşıntı müşahidə oluna bilər. Diaqnoz mikroskopik və virusoloji müayinə üsulları ilə qan plazmasında antitellərin aşkarlanması ilə qoyulur. Etiotrop müalicə üsulu mövcud deyildir və intoksikasiya, hiperpireksiya, fəsadlarla mübarizə üçün patogenetik və simptomatik müalicə tədbirləri aparılır.

Meymun çiçəyi haqqında ümumi məlumat

Meymun çiçəyi endemik zoonoz infeksiyalara aid olub, rütubətli tropiq iqlimi olan Konqo, Liberiya, Nigeriya və digər Mərkəzi və Qərbi Afrika ölkələrində regional infeksiyalar arasında böyük yer tutur. Oxşar simptomlar haqqında ilk məlumatlar XVII əsrdə olmuşdur. Xəstəliyin törədicisini ilk dəfə Danimarkalı alim Magnus 1959-cu ildə aşkar etmişdir, nozoloji termin kimi təsviri isə 1970-ci ildə olmuşdur. Mövsümiliyi- bütün il boyu rastlanıla bilir, gender fərqi aşkar edilməyib, xəstəlik əsasən uşaqlarda, yeniyetmələrdə və yetgin gənclərdə rast gəlinir; məktəblilər arasında çox vaxt ağırlaşmalar və ölümlə nəticələnən hallar ola bilər.

Meymun çiçəyinin yaranma səbəbləri

Törədicisi eyni adlı virusdur. Filogenetik olaraq 2 növü mövcuddur: mərkəzi-afrika və nisbətən yüngül gedişi ilə xarakterizə olunan qərbi-afrika növləri. Xəstəlik mənbəyi və daşıyıcısı rolunda xəstə insan və bir çox heyvanlar: küçə itləri, afrika dələləri, siçanlar, Qambiya siçovulları, primatlar ola bilər. Yoluxma yolları: kontakt, alimentar- çiy, yaxşı bişməmiş ətlədir. Hava-damcı yolu ilə yoluxma yalnız xəstə ilə uzun müddət kontakt olunarsa, transplasentar yolla- hamiləlik zamanı (anadangəlmə çiçək xəstəliyi) mümkündür.

Əsas risk qrupuna 10 yaşadək uşaqlar, SPİD və digər immunodefisit xəstələri, Konqo çayı sahilində yaşayanlar və ya bir müddət orda qalanlar, kənd təsərrüfatı ilə məşğul olan şəxslər, heyvanlara qulluqla və ya onların ovlanması, ətçiliklə bağlı peşələri olan şəxslər daxildirlər. Çiy ət və ya heyvanın daxili orqanlarının üstünlük təşkil etdiyi regional qidalanma xüsusiyyətləri, yaşayış yerlərində gəmiricilərin olması, yoxsulluq, aşağı səviyyəli gigiyenik həyat tərzi, sıx məskunlaşma və tibbi yardımın əlçatan olmaması aktual problem olaraq qalır.

Meymun çiçəyinin patogenezi

Meymun çiçəyi xəstəliyinin patogenezi yetərli səviyyədə öyrənilməmişdir. Məlumdur ki, virus orqanizmə düşdükdən sonra uzun müddət regional limfa düyünlərində qalır, çoxalır və daha sonra hematogen və limfogen yolla orqanlara daşınır. Virus epitelə qarşı tropizmə (epitelotrop) malikdir və interleykin-10 sintezini sürətləndirir. Patohistoloji dəyişikliklərə proqressivləşən epitelial hiperplaziya və nekrotik sahələrin genişlənməsi ilə xarakterizə olunan epidermal nekroz aiddir. Suluqların formalaşdığı dövrdə tüpürcək vəzilərinin və tük follikullarının parçalanması baş verir.

Meymun çiçəyinin simptomları

İnkubasion dövr 7-21 gün, əksər hallarda təxminən 2 həftə təşkil edir. Xəstəlik kəskin başlanğıcla- baş ağrısı, zəiflik, titrətmə, bədən hərarətinin 39,5-400 C -dək yüksəlməsi ilə xarakterizə olunur. Törədicinin orqanizmə daxil olduğu nahiyyətə regional limfa düyünləri iltihablaşır, ölçüləri böyüyür, toxunduqda ağrılı olur. Güclü intoksikasiya səbəbindən iştaha azalır, ürəkbulanma, qusma meydana çıxa bilir. Xəstəliyin 3-4-cü günündə qızdırma 38,50 C və daha aşağı düşür, əvvəl ayaq altında, üzdə, ovuclarda, daha sonra isə bədəndə səpkilər yaranır.

Meymun çiçəyi xəstəliyi zamanı səpkilər bir neçə etapdan keçirlər. Əvvəlcə 1 sm-dək ölçüdə sonradan qabaran ləkələr yaranır. Növbəti etap suluqların formalaşmasıdır. Suluqlar əvvəl şəffaf daha sonra isə bulanıqlaşmış olur. Sonra isə qabıqlanma və sonda isə çapıq formalaşır. Sonuncu 3 etapda bədən hərarəti yenidən 390 C-dək yüksəlir, titrətmə, əhvalın-ruhiyyənin pisləşməsi müşahidə olunur. Xəstələrin 64%-də bu dövrdə bütün bədəndəki limfa düyünlərinin ölçüsü böyüyür, palpasiya zamanı subyektiv hissiyatları azalır.

Boğazın selikli qişasında səpkilərlə əlaqədar öskürmə, ağrı, quruluq yaranır. 70%-dək xəstələrdə ağızın selikli qişasında səpkilər olur ki, bu da qidanın çeynənməsi zamanı ağır diskomfort hissinə, ağız suyu ifrazının artmasına səbəb olur. 30% hallarda genital nahiyyə, 20% hallarda isə göz qapaqları zədələnir ki, bu da müvafiq olaraq cinsi orqanlar və gözdə kəskin ağrılarla özünü büruzə verir. İrinli infeksiyanın qoşulması nəticəsində hərarətin yüksəlməsi, arterial təzyin enməsi, taxikardiya, huşun pozulması baş verir ki, bu da infeksion-toksiki şokun göstəriciləridir.

Meymun çiçəyinin ağırlaşmaları

Meymun çiçəyinin əsas ağırlaşmaları ikincili bakterial invaziyaların qoşulması nəticəsində yaranan irinli-nekrotik zədələnmələrdir. Bunlara- bronxopnevmoniya (nekrotik ocaqların yarnması ilə xarakterizə olunan), respirator distress-sindrom və yüksək letallıq daxildir. Nadir ağırlaşmalara gözlərin və mədə-bağırsaq sisteminin zədələnməsi, sepsis daxildir. İnfeyadan sonrakı dövrdə gözün biynuz qişasında çapıqların yaranması korluqla nəticələnə bilər. Xəstəliyin ikinci həftəsində profuz diareya, qusma və proqressivləşən susuzlaşma ola bilər. Septik vəziyyət səpkilərin çox sayda (4500-dən çox) olduğu zaman müşahidə edilə bilər.

Meymun çiçəyinin diaqnostikası

Diaqnozun təsdiqlənməsi üçün infeksionistin baxışı, dermatoveneroloqun konsultasiyası tələb olunur. Əlamətlərə müvafiq olaraq digər mütəxəssislərin də baxışına ehtiyac duyula bilər. Afrika ölkələrində olmaq haqda epidemioloji anamnez dəqiq toplanılmalıdır. Diaqnozun təsdiqi üçün aşağıdakı laborator və instrumental müayinələrə də ehtiyac vardır.

  • Fizikal müayinə. Obyektiv müayinə zamanı limfa düyünlərinin generalizə olunmuş böyüməsi, ləkə, papula, pustula, vezikula və qabıqlanma etaplarında olan kütləvi polimorf səpkilər aşkarlanır. Səpki elementləri 95% hallarda üzdə, 75% hallarda isə ayaqaltı və ovucda, selikli qişalarda olur. Orqan və sistemlərdə adətən patologiya olmur, bəzən qarnın palpasiyası zamanı qaraciyər və dalağın ölçülərinin böyüməsi aşkarlanır.
  • Laborator müayinələr. Qanın ümumi analizində leykositoz, neytrofilyoz, leykositar formulanın sola meylli olması, EÇS-in yüksəlməsi müşahidə olunur. Qanın biokimyəvi parametrləri hiperpreksiya (qızdırma) dönəmində ALT, AST və CRP-nin aktivliyinin artması, hipoalbuminemiya, hipoproteinemiya ilə xarakterizə olunur. Yüksək qızdırma fonunda sidiyin ümumi analizində cüzi proteinuriya meydana çıxır, sidik çöküntüsünün sıxlığının arması baş verir.
  • İnfeksion agentlərin aşkarlanması. Xəstədən götürülən toxuma parçasında virusun aşkarlanması ixtisaslaşdırılmış xüsusi laboratoriyalarda yalnız virusoloji müayinə üsulları ilə mümkündür. Elektron mikroskopiya yolu ilə virusun dəqiq şəklini görmək mümkündür, lakin meymun çiçəyinin törədicisi herpes virusundan vizual olaraq fərqlənmir. PZR (polimeraz zəncirvari reaksiya) yolu ilə virusu səpki elementlərindən, qabıqdan götürülən materialda tapmaq mümkündür. Seroloji müayinə (İFA) zamanı qan materialının “soyuq zəncir” sistemi ilə daşınmasına düzgün riayət etmək lazımdır.
  • İnstrumental müayinə üsulları. Döş qəfəsinin rentgenoqrafiyası differensial diaqnostika, ağ ciyərdə ağırlaşmaların istisnası məqsədilə aparılır. Qarın boşluğunun, limfa damarlarının USM müayinəsi zamanı limfadenit, limfadenopatiyalar, nadir hallarda isə hepatosplenomeqaliya əlamətləri aşkarlanır, yumşaq toxumaların skan edilməsi irinli infiltratların və absesin aşkarlanması üçün məsləhət görülür. Göstərişə əsasən limfa damarlarının incə iynə biopsiyası aparılır.

Meymun çiçəyinin differensial diaqnostikası təbii çiçəklə aparılır, hansında ki, əsas fərqləndirici xüsusiyyət generalizəolunmuş limfadenopatiyanın olmaması, ağır gediş və çoxkameralı vezukulların olmasıdır; su çiçəyi ilə aparılır, hansında ki, fərqləndirici xüsusiyyətlər səpkilərin həqiqi polimorfizmi, səpki elementlərinin başın tüklü hissəsində olması və ovucda, ayaqaltında olmamasıdır. Qızılca xəstəliyi ilə də differensiasiya aparılmalıdır. Qızılca üçün tipik əlamətlər tədricən yayılan ləkəli-papulyoz səpkilər, enantema, kataral əlamətlərdir.

Geniş yayılmış dərinin stafilokokk mənşəli bakterial infeksiyası zamanı tük follikullarının, tər və piy vəzilərinin zədələnməsi, zəif yayılan flikten-qabarcıq və ya tək-tək xoralarla özünü büruzə verir. Qoturluq zamanı səpki dövrü olmayan düz bozumtul xətlər aşkarlanır. İkincili sifilis üçün subyektiv şikayətlərin olmadığı rozeloz səpkilər xarakterikdir. Dərman allergiyası allergenin qəbulundan dərhal sonra etapsız yaranan müxtəlif səpkilərin meydana çıxması ilə xarakterizə olunur.

Meymun çiçəyinin müalicəsi

Meymun çiçəyi xəstəliyinə şübhə olan hər bir pasiyentdə mütləq xüsusi təhlükəli infeksiyalarda olduğu kimi hospitalizasiya, transport və təcridolunma rejiminə riayət olunmalıdır. Yataq rejimi bədən temperaturu normal göstəricilərə endikdən 3-5 gün sonrayadək aparılmalıdır. Xüsusi pəhriz rejimi yoxdur, ağızın selikli qişasında zədələnmənin olması və udqunmada çətinliklərin olmasına uyğun olaraq rasiondan alkoqolu, nikotini, kəskin və turş qidalar və marinadları çıxarmaq lazımdır; qidanı otaq temperaturunda qəbul etmək mütləqdir. İntoksikasiyanın özünü büruzə vermək dərəcəsindən asılı olaraq əks göstərişlər yoxdursa maye qəbulunu artırmaq olar.

Konservativ müalicə

Etiotrop virusəleyhinə preparatlar mövcud deyildir. Meymun çiçəyinin müalicəsi zamanı əsas müalicə üsullarına infuzion və oral dezintoksikasiya, ağrıkəsicilər və digər simptomatik müalicə vasitələri daxildirlər. İrinli infeksiyaların olması antibiotikoterapiya mütləqdir. Hər qida qəbulundan və tualetdən sonra selikli qişaları antiseptiklərlə yumaq məsləhətdir. Xüsusilə üzdə çapıqların yaranmasının qarşısını almaq üçün yaş sarğılardan istifadə etmək lazımdır.

Eksperimental müalicə üsulları

HİV-infeksiyası zamanı sitomeqalovirus mənşəli retinitin müalicəsində lisenziya almış sidofovir qəbulu kliniki təcrübələr etapındadır. Xəstəliyin müalicəsində peroral preparatların qəbulunun araşdırılması Şimali Karolinada, Nyu-Yorkda (CMX-001, ST-246) aparılır. Eksperimentin ikinci fazası- insanlar üzərində preparatın təsirinin öyrənilməsi aparılır. Təcrübələr hələ davam edir.

Meymun çiçəyinin proqnozu və profilaktikası

Proqnoz ciddidir, lakin təbii çiçəklə müqayisədə nisbətən qənaətbəxşdir. Xəstəlikdən letallıq fərqli olub, pasiyentin yaşından asılıdır və 7-10 yaşadək uşaqlar arasında 3,3-10%-i keçmir. Xəstəliyin davam etmə müddəti 2-3 həftədir, spontan sağalma xarakterikdir. Endemik zanada yaşayan və xəstə insan və ya heyvanla kontaktda olan şəxslərdə xəstəliyin simptomsuz gedişi halları məlumdur.

Təbii çiçəyə qarşı peyvəndin qoruyucu təsiri sübut olunmuşdur. ABŞ, Yaponiya və Avropada geniş əks göstərişləri və əlavə təsirləri mövcud olan lisenziyalaşmış canlı vaksinlər (ACAM2000, LC16m8, İMVAMUNE, İMVANEX) vardır. Qeyri-spesifik qorunma yollarına -xəstə insan və heyvanla kontaktdan qaçma, qəbul etməzdən əvvəl ət və daxili orqanların yetərli həddə termiki işlənməsi, xəstələrin təcrid edilməsi, pasiyentlə işlərkən tibbi əlcək, xalat və təcridedici istifadəsi daxildir.

error: Content is protected !!