Uşaqlarda enterovirus infeksiyası

Uşaqlarda enterovirus infeksiyası- kəskin infeksion xəstəlik olub, törədiciləri pikornaviruslar nəslindən olan bağırsaq viruslarıdır (enteroviruslar). Uşaqlarda enterovirus infeksiyasının kliniki təzahürü polimorf (fərqli) ola bilər. Xəstəlik: kataral, qastroenteritik, enterovirus qızdırması, enterovirus ekzanteması, herpanginlər, seroz meningit, seroz miokardit, yenidoğulmuşun ensefalomiokarditi, yenidoğulmuşun konyunktiviti, uveiti və s. kliniki formalarda özünü büruzə verə bilər. Bioloji mayelərdə virusun aşkarlanması üçün PZR (polimeraz zəncirvari reaksiya), İFA (immunoferment analizi), PHAR (Passiv hemaqqlütinasiya reaksiyası) üsulları təyin olunur. Uşaqlarda enterovirus infeksiyasının etiopatogenetik müalicəsi interferon, immunoqlobulinlər və digər preparatlar vasitəsilə aparılır.

Uşaqlarda enterovirus infeksiyası haqqında ümumi məlumat

Uşaqlarda enterovirus infeksiyası- RNT-zəncirli qeyri poliomielit virusları (Koksaki, ECHO, klassifikasiya olunmamış insan enterovirusları) və polioviruslar tərəfindən törədilir. Spesifik zədələnmə xüsusiyyətlərinə əsasən poliomielit digər enterovirus infeksiyalarından fərqləndiyi üçün ayrıca təsnif olunur. Bu məqalədə qeyri-poliomielit etiologiyalı enterovirus infeksiyalarından bəhs ediləcək.

Enterovirus infeksiyaları kliniki pediatriyada KRVİ-ları ilə yanaşı yetərincə çox rast gəlinir. Hər il enterovirus infeksiyaları ilə xəstələrin arasında uşaqlar 80-90% yer tuturlar; bunların 50%-ni kiçik yaş dövrü uşaqları təşkil edir. Kliniki simptomların polimorfluğunu nəzərə alaraq uşaqlarda enterovirus infeksiyası yalnız infeksionistlərin deyil, həm də nevroloqların, qastroenteroloqların, kardioloqların, oftalmoloq və otorinolarinqoloqların da maraq dairəsindədir.

Enterovirus infeksiyasının səbəbləri

Uşaqlarda qeyri-poliomielit etiologiyalı enterovirus infeksiyasının törədicisi rolunda Koksaki A (24 serotip), KoksakiB (6 serotip), ECHO (34 serotip) və insanın klassifikasiyaolunmamış enterovirusları 68-71 serotipi iştirak edir. Bütün qeyri-poliomielit enteroviruslarını birləşdirən xüsusiyyətlər aşağı temperatura ( donmaq, ərimək) dözümlülük və yüksək temperaturda ( qaynama) və ya xlor tərkibli məhlullar, yodun, formalin, hidrogen peroksid, UFA şüalarının təsirindən sürətli inaktivasiya olunmasıdır.

Enterovirus infeksiyasının mənbəyi virus daşıycıları və ya manifest forma ilə xəstə olan uşaq və ya böyük yaşlı insan ola bilər. İnsandan insana yoluxma hava-damcı və ya fekal-oral yolla; nadir hallarda transplasentar yolla ötürülür.

Uşaqlar arasında enterovirus xəstəliyi adətən yayın sonu- payızın əvvəllərində rast gəlinir.

Xəstələrin əsas yaş qrupunu 3-10 yaş arası uşaqlar təşkil edir. Böyüklər və yuxarı yaşlı uşaqlar daha az hallarda xəstələnirlər ki, bunu simptomsuz infeksiyaın keçirilməsi nəticəsində yaranan immunitetlə əlaqələndirirlər. Uşaq kollektivlərində sporadik hallar və epidemik sıçrayışlarla yanaşı, bütün regionu əhatə edəcək geniş epidemiya halları da mümkündür.

Uşaqlarda enterovirus infeksiyasının patogenezi

Enterovirusların orqanizmə daxil olması həzm və respirator sistemin selikli qişası vasitəsilə olur. Virusun replikasiyası (bölünərək çoxalması) limfoid toxumada, ağız-udlaq və həzm traktının epitelində baş verir ki, bu səbəbdən enterovirus infeksiyasının erkən kliniki təzahürü herpetik angina, faringit, diareya və s. şəklində təzahür edir. Virusun orqanizmdə yayılması hematogen yolla olur. Keçirilmiş enterovirus infeksiyasından sonra uşaqlarda xəstəliyi törədən virusun seroloji növünə uyğun spesifik immunitet formalaşır.

Uşaqlarda enterovirus infeksiyasının təsnifatı

Aparıcı kliniki simptomdan asılı olaraq uşaqlarda enterovirus infeksiyasının tipik və atipik növləri ayırd edilir.

  1. Tipik formalar izoləolunmuş və ya kombinəolunmuş zədələnmələr şəklində rast gəlinə bilər:
    • yuxarı tənəffüs yollarının: herpetik angina, yuxarı tənəffüs yollarının katarı;
    • MBT-nın zədələnməsi: qastroenterit, hepatit;
    • epidemik mialgiya, enterovirus qızdırması, enterovirus ekzanteması;
    • sinir sisteminin zədələnməsi: ensefalit, seroz meningit, yenidoğulmuşun ensefalomiokarditi, iflic;
    • ürəyin zədələnməsi: miokarditperikardit;
    • gözlərin zədələnməsi: hemorragik konyunktivit və uveit;
    • sidikçıxarıcı yolların zədələnməsi: hemorragik sistit, orxit, epididimit.
  2. Atipik formalara enterovirus infeksiyasının silinmiş və simptomsuz formaları daxildir.

Kliniki simptomların özünü büruzə vermə dərəcəsinə görə enterovirus infeksiyası uşaqlarda yüngül,orta ağır və ağır keçə bilər. Xəstəliyin ağırlıq kriteriyalarına yerli simptomların təzahür şəkli və intoksikasiya əlamətləri daxildir. Gedişinin xarakterinə görə uşaqlarda enterovirus infeksiyası fəsadlaşmış və fəsadlaşmamış olur.

Uşaqlarda enterovirus infeksiyasının simptomları

Kliniki büruzə şəklinin polimorfizminə, gedişinin fərqli olmasına baxmayaraq baxmayaraq uşaqlarda enterovirus infeksiyasının ümumi xüsusiyyətləri mövcuddur. İnkubasion dövr 2-10 gün ( orta hesabla 2-4 gün) təşkil edir. Xəstəliyin manifest forması kəskin başlayır, yüksək hərarət (39-40o C), titrətmə, baş ağrısı, zəiflik, yuxu pozğunluğu, təkrari qusmalarla keçir.

Enterovirus infeksiyasının istənilən formasında üz, boyun və bədənin yuxarı yarısında,konyunktiva vəsklera damarları boyunca hiperemiya olur. Polimorf ləkəli- papulyoz səpgilər, əsnəyin, badamcıqların qırtlağın arxa divarının selikli qişasınin hiperemiyası, boyun limfadeniti mümkündür. Ehtimal olunur ki, enteroviruslarla bətndaxili yoluxma, qəfil uşaq ölümünə səbəb ola bilir. Həmçinin, uşaqlarda enterovirus infeksiyası ilə I tip şəkərli diabetin əlaqəli olduğu isbat olunmuşdur.

Ümumi simptomatikadan başqa, uşaqlarda enterovirus infeksiyasının fərqli növlərinin xüsusi spesifik əlamətləri də mövcuddur.

Enterovirus qızdırması

Enterovirus qızdırması ( kiçik xəstəlik, yay zökəmi, üçgünlük qızdırma) Koksaki və ECHO viruslarınin fərqli serotipləri tərəfindən törədilir. İnfeksiya üçun xarakterik simptomlar aşkar qızdırma, mialgiya, aşkar kataral əlamətlərdir. Uşaqda enterovirus infeksiyası üçün ümumi simptomlar: sklera damarları iynəbatma, üzün hiperemiyası, limfa düyünlərinin böyüməsi və s; qaraciyər və dalağın böyüməsi ola bilər. Uşaqlarda enterovirusun bu forması yüngül, təxminən 2-4 gün ćəkir. Nadir hallarda enterovirus qızdırması 1-1,5 həftə və ya dalğavari gedişə malik olur.

Qastroenteritik forma

Enterovirus infeksiyasının bağırsaq forması adətən 3 yaşadək uşaqlarda rast gəlinir. Xəstəlik zəif kataral əlamətlərlə ( rinit, burun tutulması, ağız-udlağın selikli qişasının hiperemiyası, öskürmə) və dispepsik sindromla (diareya, qusma, meteorizm) keçir. Ağır intoksikasiya,dehidratasiya və kolit xarakterik deyil. Uşaqlarda enterovirus infeksiyasının bağırsaq formasının davametmə müddəti 1-2 həftədir.

Respirator forma

Enterovirus infeksiyasının kataral forması KRX formasında keçir. Qısa müddətli qızdırma, rinofaringit, laringit müşahidə olunur. Yalançı inaq sindromu inkişaf edə bilər.

Ekzantema

ECHO- və Koksaki-virusları ilə assosialaşmış enterovirus ekzantema temperaturun yüksək həddində dəridə səpkilərin yaranması ilə xarakterizə olunur. Səpkilər xarakterinə görə skarlatina, qızılca və ya məxmərək zamanı müşahidə olunan səpkiləri xatırlada bilər; səpki elementləri əsasən üz və gövdə nahiyyəsində olur. Nadir hallarda ağzın selikli qişasında herpesi xatırladan vezikullar (qovuqcuqlar) ola bilər. Uşaqlarda enterovirus infeksiyasının gedişi qənaətbəxşdir; səpki və qızdırma 1-2 gün ərzində itir.

Epidemik mialgiya

Epidemik mialgiya (Bronxolm xəstəliyi, plevrodiniya)- uşaqlarda Koksaki və ECHO- virusları tərəfindən törədilən enterovirus infeksiyasıdır. Xəstəliyin aparıcı simptomlarına qızdırma ilə müşayiət olunan intensiv əzələ ağrılarıdır. Uşaqlar adətən döş qəfəsində və qarnın yuxarı hissəsində, bəzi hallarda isə beldə və ətraflarda ağrılardan şikayət edirlər. Ağrı hərəkət zamanı artır və dəri və selikli qışaların avazıması, çoxlu tər ifrazı, taxipnoe ilə müşayət olunur.

Epidemik mialgiyanı plevrit, kəskin appendisit və ya peritonitlə differensiasiya etmək lazımdır. Ağrı olmayan zamanlarda uşaq özünü yaxşı hiss edir. Uşaqlarda enterovirus infeksiyasının bu forması adətən herpangina və seroz meningitlə yanaşı rast gəlinir.

Seroz meningit

Seroz meningit uşaqlarda enterovirus infeksiyasının tipik formasıdır. Klinikası yüksək hərarət, güclü baş ağrıları, təkrarlanan qusmalar, narahatlıq və oyanıqlıq, sayıqlama və qıcolmalarla özünü göstərir. Respirator sistem tərəfindən faringit müşahidə olunur. İlkin günlərdən aşkar meningial simptomlar: müsbət Brudzinski və Kerniq simptomları, ənsə əzələlərinin rigidliyi müşahidə olunur. Adətən, 3-5 gündən sonra simptomlar reqressiyaya uğrayır, lakin postinfeksion asteniya halı və qalıq əlamətlər 2-3ay saxlanıla bilər.

Paralitik forma

Enterovirus infeksiyasının poliomielitəbənzər forması ən ağir xəstəliklərdən hesab olunur. Poliomielitdə olduğu kimi, onurğa beynin ön buynuzlarının zədələnməsi aşağı ətrafların iflic və parezlərlərinə səbəb ola bilər. Yüngül hallarda yerimədə axsama, ayaqlarda zəiflik, əzələ tonusunun zəifləməsi geridönən ola bilər və simptomlar 4-8 həftə ərzində tədricən aradan qalxar. Enterovirus infeksiyasının ağır hallarında isə tənəffüs və vazomotor mərkəzlərin funksiyasının pozulması nəticəsində letallıq başverə bilər.

Yenidoğulmuşun ensefalomiokarditi

B tip Koksaki virusları tərəfindən törədilir, yarımçıqdoğulmuşlarda və uşaqlarda həyatının ilk günlərində rast gəlinir. Ümumi simptomların ( əzginlik, döşdən imtina, subfebril hərarət) fonunda ürək çatışmazlığı simptomlarının ( taxikardiya, təngnəfəslik, sianoz, aritmiya,ürəyin və qaraciyər sərhədlərinin genişlənməsi) artması müşahidə olunur. Ensefalit zamanı əmgəklərin qabarması və qıcolmalar müşahidə olunur. Enterovirus infeksiyasının bu forması zamanı uşaqlar arasında letallıq 60-80%-ə çatır.

Gözlərin zədələnməsi

Hemorragik konyunktivit tip70 enterovirus tərəfindən törədilir. Xəstəlik fərqli şəkillərdə- ışıqdanqorxma, göz yaşının axması, gözlərdə yad cisim hissi şəklində özünü büruzə verə bilər. Obyektiv müayinə zamanı konyunktivada ödem və hiperemiya, nöqtəşəkilli qansızmalar görünür. İkincili infeksiyanın qoşulması bakterial konyunktivit, keratitin inkişafına səbəb olur. Adətən, uşaqlarda enterovirus infeksiyasının bütün simptomları 10-14 günə keçib gedir.

Enterovirus mənşəli uveit əsasən 1-yaşadək uşaqlarda rast gəlinir. Enterovirus infeksiyasının bu forması qızdırma, intoksikasiya, bağırsaq və respirator sindromla keçir. Gözün damarlı qişasının zədələnməsi köklü xarakter daşıyır və qüzehli qişanın distrofiyası, buynuz qişanın bulanması və uveal katarakta və qlaukoma, göz almasının subatrofiyası ilə nəticələnə bilər.

Uşaqlarda enterovirus infeksiyasının diaqnostikası

Uşaqlarda enterovirus infeksiyasının diaqnostikası mövsümi və epidomioloji məlumatlara əsaslanaraq tipik simptomokomplekslərlə qoyulur. Diaqnozun qoyulması üçün vacib amillərdən biri virusun laborator tədiqinin tapılmasıdır: PZR yolu ilə virusun RNT-nin aşkarlanması, İFA, KBR, PHAR və s. yolu ilə spesifik antitel titrinin təyini.

Törədicinin laborator verifikasiyası fərqli bioloji mühitlərdə: qan, konyunktivadan axan maye, burun-udlaqdan yaxma, dəri səpkilərinin parçası, nəcis, onurğa beyin mayesi, orqanların bioptatlarında aparılır. Aparıcı kliniki sindromdan asılı olaraq uşaqlar pediatr, uşaq kardioloqu, uşaq nevroloqu, uşaq otorinolarinqoloqu, uşaq oftalmoloqu və digər mütəxəssislərin konsultasiyasına ehtiyac duya bilərlər. Uşaqlarda enterovirus infeksiyasının fərqli formaları poliomielit, qızilca, məxmərək, skarlatina, epidemikparotit, KRVİ, KBİ ilə differensiasiya olunmalıdır.

Uşaqlarda enterovirus infeksiyasının müalicəsi

Enterovirus infeksiyasının yüngül izoləolunmuş formalarında müalicə ambulator; seroz meningit, ensefalit, miokardit, ağır kombinəolunmuş patologiyalarda isə stasionar şəraitdə aparılır. Qızdırma dövründəsakitlik, yataq rejimi, lazımi miqdarda maye qəbulu göstərişdir.

Uşaqlarda enterovirus infeksiyasının etiopatogenetik terapiyasına rekombinat interferonların ( alfa interferon), interferonogenlərin ( oksidihidroakridinilasetat,meqlyumin akridonasetat), polispesifik immunoqlobulinlər (ağır hallarda) təyini mütləqdir.

Miokardit, meningit və s. zamanı qlükokortikosteroidlər göstərişdir. Eyni zamanda simptomatik terapiya da ( hərarətsalıcılar, dezintoksikasion terapiya, ağız boşluğunun nəmləndirilməsi, boğazın yuyulması və s.) aparılır.

Uşaqlarda enterovirus infeksiyasının proqnozu və profilaktikası

Əksər hallarda uşaqlarda enterovirus infeksiyası rekonvalessensiya ilə nəticələnir. Nisbətən ciddi proqnozlar enterovirus ensefaliti, yenidoğulmuşun ensefalomiokarditi, meningit, generalizəolunmuş infeksiya, bakterial ağirlaşmaların qoşulması zamanı olur.

Enterovirus infeksiyası aşkarlanan uşaqlar izolə olunmalıdırlar; kontaktda olanlar 2 həftə karantində olmalıdırlar. Epidemioloji ocaqda dezinfeksiya tədbirləri aparılmalıdır. Enterovirus infeksiyasının geniş növ çeşidləri səbəbindən spesifik vaksina mövcud deyildir. Qeyri-spesifik profilaktika tədbirlərinə uşaqlarda və kontaktda olan böyüklərdə leykositar interferonun endonazal instillyasiyası aiddir.

error: Content is protected !!