Əzginlik

Əzginlik -gümrahlıq və enerji çatışmazlığı hissiyatı olub, əmək qabiliyyətinin azalması və adi məşğuliyyətlərə qarşı marağın itməsilə xarakterizə olunur. Adətən bu hal xarici mühit amillərinin təsirindən: həddən artıq yorğunluq, çox yemək, kofedən normadan çox istifadə zamanı yaranır. Patoloji amillər də- endokrin və nevroloji xəstəliklər, psixi pozğunluqlar da səbəb ola bilər. Əzginliyin mənşəyini dəqiqləşdirmək üçün laborator və instrumental müayinə üsulları, nevroloq və psixiatrın baxışı təyin olunur. Pasiyentin vəziyyətini yaqxşılaşdırmaq üçün dərman və qeyri-medikomentoz amillər kompleks şəkildə istifadə olunur.

Əzginliyin səbəbləri

Həddən artıq yorğunluq

Əzginlik və yorğunluq ağır iş günü və ya intensiv fiziki yüklənmələr zamanı təmamilə sağlam şəxslərdə də müşahidə oluna bilər. Yorğunluq zamanı əl və ayaq əzələlərində ağırlıq, apatiya, işi davam etdirmək istəyinin olmaması xarakterikdir. Yuxululuq yaranır, baş “uğuldayır”. Normada simptomlar ara verdikdə və ya dolğun yuxudan sonra itir. Əgər zəiflik cüzi yüklənmələr, adi gündəlik iş rejimi zamanı yaranırsa, gücsüzlük hissi kifayət qədər istirahətdən sonra da keçmirsə, daha ciddi problemləri inkar etmək üçün həkimə müraciət olunmalıdır.

Qeyri-düzgün qidalanma

Sübut olunmuşdur ki, kofeinin dozasından və ali sinir fəaliyyəti tipindən asılı olaraq kofe oyadıcı təsirlə yanaşı üzücü təsir də göstərə bilər. Güclü sinir sisteminə malik şəxslərdə kofeinin kiçik dozaları sedativ təsirə, yorğunluğa və əzginliyə səbəb olduğu halda, böyük dozalarda qəbulu isə əqli və fiziki aktivliyə stimuləedici təsir göstərir. Zəif sinir sistemi tipinə malik şəxslərdə isə əksinə qanunauyğunluq xarakterikdir- kofeinin yüksək dozaları apatiya və yuxululuğa səbəb olur.

Həddən artıq yağlı qida qəbulundan sonra meydana çıxan əzginlik və yuxululuq həzm sisteminin yüklənməsi ilə əlaqədardır. Çox yemək alkoqol içkilərlə yanaşı qəbul olunarsa ağır gücsüzlük növbəti gün də davam edir. Hər gün yeməkdən 20-30 dəqiqə sonra meydana çıxan kəskin gücsüzlük qidanın sorulması və həzmində problemlərin olduğuna və ya dempinq-sindroma işarə ola bilər. Belə halda ətraflı tibbi müayinə aparılmalıdır.

Qadınlarda hormonal dəyişikliklər

Əzginlik və emosional ləbilliyin olması -predmenstrual sindromun tipik əlamətidir. Menstruasiyadan 2-3 gün qabaq apatiya və artmış yorğunluq hissi normada, menstruasiyanın baş verməsilə aradan qalxır. Oxşar əlamətlər klimaks dövründə müşahidə olunur və pasiyentlər səhərlər istilikbasma və üşümə fonunda zəiflik və halsızlıqdan şikayət edirlər. Qarnın aşağı hissəsində diskomfort və ya menstrual siklin pozulması ilə müşayiət olunan daimi əzginlik hissi patoloji səbəblərlə- qadın cinsiyyət sisteminin dishormonal və ya iltihabi xəstəliklərilə bağlı ola bilər.

Qalxanabənzər vəzinin hipofunksiyası

Orqanizmdə tiroksin və triyodtironin hormonlarının çatışmazlığı bütün orqan və sistemlərin işinə təsir göstərir, əzginlik və nasazlıq hissinin yaranmasına səbəb olur. Qalxanvari vəzinin müxtəlif xəstəlikləri- hipotireoz, autoimmun tireoidit, qalxanvari vəzinin adenoması şikayətə səbəb ola bilər. Əzginliyin ağırlıq dərəcəsi hormonların defisinin səviyyəsindən və xəstəliyin müddətindən asılıdır. Ağır hallarda gücsüzlük, həyata və sevimli işlərə qarşı marağın təmamilə olmaması müşahidə olunur. Xarici görünüşdə dəyişikliklər: solğun və toxunduqda soyuq dəri, ödemlər, çəkinin artması xarakterikdir.

Rekonvalessensiya dövrü

Müxtəlif xəstəliklərin əsas kliniki əlamətlərinin yox olmasından sonra adi fiziki aktivliklər zamanı artan əzginlik və hədsiz yorğunluq hissi uzun müddət saxlanılır. Belə halın yaranmasının səbəbi xəstəlik dövründə əzələlərdə qlikogen ehtiyyatının azalması, zülal və vitaminlərin çatışmazlığıdır. Sağaldıqdan 2-4 həftə sonrayadək simptomlar saxlanır, xroniki lənggedişli proseslərdə isə astenik sindrom bir neçə ay davam edə bilər. Əzginliyə müxtəlif amillər -qeyri-spesifik iltihab, distrofik və ya infeksion proseslər səbəb ola bilər.

Nevroloji xəstəliklər

Baş beynin zədələnməsi çox zaman əzginlik, apatiya ilə müşayiət olunur. Nevroloji patologiyalar neyromediator ehtiyyatlarının tükənməsinə səbəb olur, retikulyar formasiyanın və limbik sistemin (əhval-ruhiyyəyə cavabdeh olan mərkəzin) işini pozur. Keçirilmiş xəstəliklərdən sonra rezidual (qalıq əlamətlər) dövr bir neçə aydan ilədək davam edə bilər. Yaşlı şəxslərdə əzginlik proqressivləşən koqnitiv pozğunluqlarla paralel rast gəlinir. Əsas etioloji faktorlara aiddir:

  • MSS-nin infeksion xəstəlikləri: meningit, ensefalit, araxnoidit.
  • Degenerativ proseslər: dissirkulyator ensefalopatiya, Alsheymer xəstəliyi.
  • Kəskin vəziyyətlər: beynə qansızma, işemik insult.
  • Törəmələr: neyroblastoma, astrositoma, qlioblastoma və s.

Vegetativ-damar distoniyası

Vegetativ-damar distoniyası zamanı yuxululuq, əzginlik, daimi yorğunluq şikayətləri olur. Patoloji simptomlar -simpatik və parasimpatik sinir sistemləri arasında tarazlığın pozulması, dövrü olaraq arterial təzyiqdə sıçramalarla əlaqədar yaranır. Əzginlik təmiz hava daxil olmayan qapalı məkanda uzun müddət qaldıqda daha da artır. Pasiyentlər qısamüddətli işdən sonra sinir-psixi tükənmə ilə əlaqədar gücün azalmasından şikayət edirlər. Küt sıxıcı baş ağrısı və başgicəllənmə, emosional dözümsüzlük də tipik şikayətlərdəndir.

Psixi pozğunluqlar

Apatiya ilə güclü əzginlik halı depressiya üçün xarakterikdir. İnsan ətrafda baş verənlərə təmamilə laqeyddir, gündəlik işlərlə məşğul olmaq istəmir. Davamlı yuxululuq müşahidə olunur -12-14 saat yatırlar, lakin gümrahlıq və enerji hiss etmirlər. Oxşar pozğunluqlar bipolyar pozğunluğun depressiv fazasında da müşahidə olunur. Gücün azalması əsasən gənc və orta yaşlı qadınlarda müşahidə olunan astenik sindromlu nevrotik reaksiyalar (“qıcıqlanmış zəiflik”) üçün tipik haldır.

Xroniki yorğunluq sindromu

Bu pozğunluq zamanı güclü yuxululuq və əzginlik halı uzunmüddətli istirahət və ya bir neçə günlük tətildən sonra belə keçib getmir. İnsomniya fonunda baş ağrıları, əzələdə ağırlıq proqressivləşir. İşə və hobbiyə həvəs itir, zamanla narahatlıq və qıcıqlanma meydana çıxır. Xroniki yorğunluq sindromunun əsas səbəbləri Tip-6 herpesə yoluxma, endokrin və somatik xəstəliklər, düzgün olmayan həyat tərzidir.

Bronxial astma

Bronxial astmanın tutmalarası dövründə ağciyərlərdə və bronxlarda patoloji dəyişikliklər saxlanılır və xroniki hipoksiyaya səbəb olur. Yüngül oksigen aclığı fiziki aktivlik zamanı artan əzginliyə səbəb olur. Təngnəfəslik, əllərdə və ayaqlarda ağırlıq müşahidə olunur. Kliniki gedişə obyektiv əlamətlər də qoşulur: ağız-burun üçbucağının avazıması, tənəffüsün tezliyinin və xarakterinin dəyişməsi. Astma tutması zamanı xəstənin vəziyyəti qəfil dəyişir, xəstədə zəiflik və hava çatışmazlığı təcili tibbi yardıma ehtiyacı artırır.

Autoimmun patologiyalar

Uzun davam edən iltihabi proseslər zamanı orqanizmdə sitokinlərin və mediatorların toplanması baş verir və bunlar isə ümumi əhvala mənfi təsir göstərirlər. Əzginlik tədricən yaranır, əvvəlcə professional öhdəlikləri yerinə yetirmək çətinləşir, idmanla məşğuliyyət daha uzun fasilələrlə olur. Zaman keçdikcə motivasiya yox olur, insan laqeyd olur, gücün olmamasından, zəiflik və yuxululuqdan şikayət edir. Ümumi narahatlığa səbəb olan autoimmun səbəblərə –revmatoid artritin başlanğıc dövrü, vaskulitlər, qırmızı qurd eşənəyi aiddir.

Nadir səbəblərə daxildir:

Əzginliyin diaqnostikası

Əzginlik bir çox xəstəliyin əlaməti ola bilər və ilk olaraq həkim-terapevtin baxışı lazımdır. Dəqiq diaqnozun qoyulması üçün laborator və instrumental müayinə üsulları kompleks şəkildə təyin olunur. Əsas müayinə üsullarına aiddir:

  • Qanın ümumi analizi. Qanın ümumi müayinəsində qeyri-spesifik iltihab əlamətləri, trombositlərin sayının kəskin dəyişiklikləri hemostazın pozulma əlamətləridir. Qanın biokimyəvi müayinəsi -zülalların və proteinlərin müəyyən fraksiyalarının səviyyəsi, kəskin faza əlamətlərinin təyini məqsədilə aparılır. Allergik reaksiyaların istisnası üçün immunoqramma aparılır.
  • Hormonların təyini. Qadınlarda mütləq progesteron və estrogenin səviyyəsi öyrənilir, ehtiyac olduqda FSH və LH, prolaktin də yoxlanıla bilər. Qalxanvari vəzinin xəstəliklərini inkar etmək üçün sərbəst tiroksin, T3, hipofizin tireotrop hormonu müəyyən olunur. Əlavə olaraq insulinin konsentrasiyası da təyin edilir.
  • Bakterioloji analiz. Bəzi hallarda əzginlik infeksion xəstəliklərin əlaməti ola bilər və bu nəzərə alınaraq qanın, seliyin xüsusi qidalı mühitlərdə əkilməsi aparılmalıdır. Ekspress diaqnostika məqsədilə yaxmanın anilin boyaları ilə rənglənməsi və mikroskopiyası aparılır. Xüsusilə virus infeksiyalarında diaqnozun dəqiləşdirilməsi üçün seroloji müayinəyə ehtiyac olur.
  • Rentgenoqrafiya. Böyrəklərin vəziyyətinin təyini üçün icmal rentgenoqrafiya və ekskretor uroqrafiya müayinələri aparılır. Baş beynin zədələnməsini inkar etmək üçün KT (ocaqlı dəyişikliklər və ya diffuz iltihabi prosesləri vizualizasiya üçün) təyin olunur. Zədələnmə nahiyyəsinin detallı müayinəsi üçün MRT müayinəsi təyin olunur.
  • Əlavə müayinə üsulları. Bronxial astmanın istisnası üçün spiroqrafiya və salbutamolla bronxodilatasion test aparılır. Nevroloji səbəblərə şübhə olduqda səthi və dərin reflekslərə vegetativ sinir sisteminin reaksiyası öyrənilir. Qadınlara ginekoloji baxış göstərişdir.

Müalicə

Diaqnozu dəqiqləşdirənədək nə etməli?

Əzginlik və zəiflik adi yorğunluqdan da yarana bilər və spesifik müalicə tələb etmir. 8-9 saat yuxu kifayət edir ki, şikayətlər aradan qalxsın. Gün rejimini normallaşdırmaq, axşam 11-dən gec olmayaraq yatmaq vacibdir. Şam yeməyi üçün yüngül zülal qidalar qəbul etmək, axşamlar tünd çay və kofedən az istifadə mütləqdir. Predmenstrual sindromlu qadınlara sakitləşdirici bitki çayları, güclü ağrı zamanı analgetiklər məsləhətdir. Əzginlik davamlı hal alarsa mütəxəssis həkimə müraciət və səbəbin dəqiqləşdirilməsi mütləqdir.

Həyat tərzini normallaşdırmaq daha gümrah olmağa kömək edir.

Konservativ müalicə

Əzginlik və halsızlığın çoxsaylı səbəblərini nəzərə alaraq ətraflı müayinə aparılmalıdır. Adətən müalicədə etiotrop, patogenetik, eləcə də simptomatik və ümumi möhkəmləndirici vasitələrdən istifadə olunur. Adətən aşağıdakı qrup preparatlardan istifadə olunur:

  • Qalxanvari vəzinin hormonları. Hipotireozun korreksiyası məqsədilə levotiroksin və ya zob xəstəliyində olduğu kimi kalium-yod təyin olunur. Müalicə uzun müddətli, qanda T3və T4-ün səviyyəsinə nəzarət etməklə aparılmalıdır.
  • Estrogen preparatları. Qadınlarda klimaks dövründə şikayətləri yüngülləşdirmək üçün hormonlarla (estrogen) əvəzedici hormonal terapiya məsləhətdir. Daha yüksək effekt üçün progesteron preparatları da müalicəyə qoşulur.
  • Nootroplar. Nootrop preparatların köməyilə ağır nevroloji xəstəliklərinqalıq əlamətləri aradan qaldırılır, beyin qandövranı yaxşılaşır, koqnitiv funksiyalar yaxşılaşır. Dissirkulyator ensefalopatiya zamanı da nootroplar böyük əhəmiyyət kəsb edir.
  • Antidepressantlar. Depressiyaya bağlı olaraq meydana çıxan əzginlik və apatiya serotonin reseptorlarının spesifik aqonistləri tərəfindən təmamilə aradan qalxır. Güclü həyəcan zamanı trankvilizatorlar, sedativ preparatlar müalicəyə əlavə oluna bilər.
  • Vitaminlər. Sinir sisteminin işini yaxşılaşdırmaq üçün tiamin və B qrupundan olan digər vitaminlər, antioksidant tokoferol təyin olunur. Rekonvalessensiya dövründə metabolik preparatlar (riboksin və s) müsbət təsir göstərir.

Fizioterapiya

Fizioterapiya üsulları konservativ müalicəylə paralel aparılır. Əksər hallarda ümumi möhkəmləndirici və tonuslandırıcı təsir göstərən elektromaqnit və lazer terapiyası, balneoterapiya, akupunktura təyin olunur. Depressiya və nevrozlar zamanı qrup və ya individual psixoterapiya məsləhətdir. Vegetativ damar distoniyası zamanı iynəbatırma, müalicəvi bədən tərbiyəsi effektivdir. Xroniki yorğunluq sindromu olan pasiyentlərə pəhriz, ümumi və ya seqmentar masaj təyin olunur.

error: Content is protected !!